"Bu heç vaxt baş verməyəcək" - Əsəd

  • DÜNYA

Prezident Bəşər Əsəd Suriyada vəziyyətin necə dəyişməsindən asılı olmayaraq ölkəni tərk etmək və başqa ölkədə yaşamaq niyyətində olmadığını bəyan edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya lideri İspaniyanın “EFE” agentliyinə müsahibəsində bildirib.

`Xeyir. Mən heç vaxt Suriyanı tərk etmək barədə düşünməmişəm. Prinsipcə, belə bir fikir ağlıma belə gəlməyib, bu heç vaxt baş verməyəcək, - deyə Əsəd vurğulayıb.

Suriya prezidenti `Suriyanı tərk etmək və dost ölkələrdən birində yaşamağa hazırsınızmı?` sualını belə cavablandırıb: `Əgər Suriya vətəndaşlarının böyük əksəriyyəti tələb etsə, o, prezidentlik postunu tərk etməyə hazırdır. Digər tərəfdən əgər mənim suriyalılar və ya suriyalıların böyük əksəriyyəti ilə problemlərin olsaydı və Qərb ölkələri, ABŞ-ın mənə qarşı çıxdığı bir vaxtda hələ də prezident olaraq qala bilərdim? Bu məntiqli deyil. Mən beş il davam edən müharibəyə baxmayaraq hələ də vəzifəmdəyəm. Çünki suriyalıların böyük əksəriyyəti məni dəstəkləyir`.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR