Bu hava limanı Trampın adını daşıyacaq

Bu hava limanı Trampın adını daşıyacaq
  • DÜNYA

Floridada yerləşən Palm Biç Beynəlxalq Hava Limanı ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq.
Aktual.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Dəyişikliyi təklif edən qanun layihəsi ştatın qanunverici orqanı tərəfindən qəbul olunub. Qanun Florida Nümayəndələr Palatasının 81-30 nisbətində qərar qəbul etməsindən iki gün sonra, ştat Senatında 25 lehinə və 11 əleyhinə səslə qəbul edilib.
Qanun layihəsi artıq Florida qubernatoru Ron DeSantisin imzasını gözləyir. Ad dəyişikliyi Federal Aviasiya Administrasiyasının təsdiqindən asılıdır. Mətnə görə, qanun iyulun əvvəlində qüvvəyə minəcək”, - məlumatda bildirilib.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR