Bu halda ölkədə dollar satışı dayandırıla bilər

Bu halda ölkədə dollar satışı dayandırıla bilər

Son zamanlar devalvasiya mövzusu yenidən aktuallaşıb. Bəzi saytların yazdığına görə, banklar dollar satışını məhdudlaşdırıb. Bu xəbərlər ictimaiyyətdə narahatlığa səbəb olub. Sual yaranır: Banklar hansı hallarda dolların satışını dayandıra bilər?
Aktual.az xəbər verir ki,mövzunu şərh edən iqtisadçı Emin Qədirli deyib ki, valyuta ilə bağlı məhdudiyyət yaranmasa, dolların satışı dayandırılmaz.
Onun sözlərinə görə, hazırda dolların satılmaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
"Hazırda dolların satışında heç bir problem yoxdur. Valyuta mübadiləsi məntəqələrinə baxsaq görərik ki, insanlar orada rahat şəkildə pul dəyişə bilirlər. Dolların satılmaması üçün bir səbəb də yoxdur. Ola bilər ki, müəyyən dairələr qarışıqlıq yaratmaq istəyirlər. Ölkədə keçiriləcək COP29 və digər tədbirləri görüb, bunu həzm edə bilməyənlər var. Ona görə də bu yollara əl atırlar”./Globalinfo.az

Xəbər 642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR