Bu gündən şəxsiyyət vəsiqəsi 5 manata veriləcək

Bu gündən şəxsiyyət vəsiqəsi 5 manata veriləcək

Daxili İşlər Nazirliyi (DİN) şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının məbləği barədə məlumat yayıb.

Aktual.az AzVision.az - a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Qanununda yeni dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR