Bu gündən metro kartları dəyişir

Bu gündən metro kartları dəyişir

Bu gündən Bakıda ictimai nəqliyyat - metro və abtobuslar vahid ödəniş kartının tədbiqinə başlayır. Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə ediləcək.

Aktual.az ansperss-ə istinadən xəbər verir ki, məlumatına görə, artıq bu gündən Bakı Metropolitenində "BakıKart"ın ilk istifadəsi üçün addım atılıb. Belə ki, artıq stansiyalarda terminalların yanında dayanan dispetçerlər köhnə kartlara gediş haqqı yükləmək istəyənlərə xəbərdarlıq edirlər. 

"MetroKart"lar terminallara qoyulmaqla və heç bir ödəniş edilmir. Kartın girov qiyməti olan 2 manat avtomatik olaraq balansa yüklənir. Bu məbləğdən istifadə başa çatdıqda isə kartdan istifadə dayanır. Sərnişinlər yenidən ödəniş etməklə "Bakı Kart" almalıdırlar. 
Avqustun 15-dən isə köhnə metro kartlarının alışı və onlara balans yüklənməsi ümumiyyətlə dayandırılacaq. Ümumilikdə bu kartların istifadəsi isə sentyabrın 30-dək yekunlaşdırılacaq.


Metro stansiyalarındakı ödəniş terminalı


İlk mərhələdə bu kartlardan "BakuBUS" və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub.

Kartları bütün stansiyaların vestibüllərində və "BakuBUS" MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq. 

Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür.
Yeni kartlarla ödəniş terminalları da dəyişir.

"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, "Metrokart"dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: 
1."Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. 

2."Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.

"Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. 

 
Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR