Bu gündən “İmmunlaşdırma həftəsi”nə start verildi

Bu gündən “İmmunlaşdırma həftəsi”nə start verildi

"Respublikada "İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb.

Bu barədə Aktual.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrə əsasən, aprelin 26-sından mayın 2-dək ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərilərinə tövsiyə edilir.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, "COVID-19” infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR