Bayağı musiqinin baş alıb getdiyi bir zamanda Kazım Sübhan daha özəl və keyfiyyətli layihə ilə ARB-də görünəcək.
"Özəl Akustik" adlanan proqramda məşhur müğənnilərin canlı akustik konserti olacaq.
Verilişə sosial şəbəkələrdə və Türkiyədə tanınıb sevilən Nahidə Babaşova ilə start verilib.
Bu gündən etibarən ARB-də hər cümə axşamı saat 23:05-də sadə və maraqlı studiyada canlı musiqi təqdim olunacaq.
Xəbər 524 dəfə oxunub.