Martın 28-də səhər Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AzərTAc-a verilən məlumata görə, səhər saatlarında qarın hündürlüyü 3 santimetr olub. Qar yağmaqda davam edir.
Ən çox yağıntı dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə düşüb. Kənd sakinləri hazırda qarın qalınlığının 10 santimetrə yaxınlaşdığını bildiriblər.
Aktual.az Xəbər 238 dəfə oxunub.