Bu gün sərbəst güləşçilərimiz Dünya Kubokunda ilk görüşlərini keçirəcək

Bu gün sərbəst güləşçilərimiz Dünya Kubokunda ilk görüşlərini keçirəcək

Bu gün ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku start götürəcək.

Aktual.az xəbər verir ki, B yarımqrupunda mübarizə aparacaq Azərbaycan millisi ilk görüşünü Kuba yığmasına qarşı keçirəcək.
B xalçasında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.
Azərbaycan komandası ötən il keçirilən analoji yarışıda 3-cü yeri tutub. Buna qədər isə yığma 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub(report).
Qeyd edək ki, ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaqlar. Dünya Kuboku iki günü əhatə edəcək.
Yarış Dünya Güləş Birliyinin rəsmi saytından canlı yayımlanacaq.
 
Aktual.az



Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR