Bu gün “Rio-2016”-da Azərbaycanın 6 idmançısı mübarizə aparacaq

Bu gün “Rio-2016”-da Azərbaycanın 6 idmançısı mübarizə aparacaq
  • İDMAN

Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının 4-cü yarış günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Aktual.az  Report-a istinadən xəbər verir ki, onlardan 3 boksçu mübarizəyə yeni qoşulacaq.

Günə ilk olaraq Olqa Senyuk başlayacaq. O, qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq. 1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq. Yarış Bakı vaxtı ilə saat 23:57-də keçiriləcək.

Daha sonra kişilər arasında avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq. Yarımfinal yarışları saat 17:30-da başlayacaq.
Günə boksçularımız yekun vuracaq. İlk olaraq rinqə 1/16 final mərhələsində 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minggang Zhaoya qalib gəlməyə çalışacaq. Döyüş saat 19:15-də keçiriləcək.

Rinqə ikinci gecə saat 00:45-də Albert Səlimov çıxacaq. O, 60 kq çəkidə 1/16 finalda mavrikiyalı Merven Clairdən üstün olmağa çalışacaq.

Günün sonuncu döyüşünə isə +91 kq-da (+91 kg) Məhəmmədrəsul Məcidov çıxacaq. Gecə saat 02:00-da başlanacaq döyüşdə boksçumuz mərakeşli Məhəmməd Arjaoui ilə üz-üzə gələcək. Döyüş 1/16 final mərhələsində baş tutacaq.

 

Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR