Azərbaycan Milli Elmlər Akademiyasından günlər öncə verilən məlumata istinadən, iyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqları barədə məlumat vermişdik.
Aktual.az bildirir ki, iyunun 21-i, yəni bu gün bədrlənmiş Ay və iyun Günəş dönümü baş verəcək. Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir: Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.