Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, parlamentdəki mənbələrdən verilən məlumata görə, bu gün 5-ci çağırış Milli Məclisin ilk iclası keçiriləcək.
İclasda yeni seçilmiş millət vəkillərinə deputat vəsiqələri təqdim olunacaq.
İclasa rəhbərliyi seçilmiş millət vəkilləri arasında yaşca ən böyük olan Fəttah Heydərov edəcək. Daha sonra deputatlar Milli Məclisin sədri və müavinlərini seçəcəklər.