Bu gün "Formula 1" üzrə Yaponiya Qran Prisinə start verilir.
Aktual.az Trend-ə istinadən bildirir ki, "Ferrari" komandasını pilotu Sebastyan Fettel "Marcedes" komandasının pilotu britaniyalı Lyuis Hemiltona çatması üçün 5 mərhələ qalıb. Bu yaxınlarda almaniyalı özü turnirə liderlik etsədə, britaniyalının 6 mərhələdən 5-də qələbə qazanaraq 50 xal toplaması onu lider edib. İndi S.Fettelin səhv etməyə haqqı yoxdur.
"Sudzuka" trası 1961-ci ildə tikilib və 1987-ci ildən "Formula 1" Qran Prisini qəbul edir.
Yaponiyada qələbələrə görə rekord almaniyalı Mixael Şunaxerə məxsusdur - 7 qələbə. Hazırda fəaliyyətdə olan pilotlardan isə bu trasda S.Fettel və L.Hemilton 4 dəfə, ispaniyalı Fernando Alonso 2 dəfə və finlandiyalı Kimi Raykkonen 1 dəfə qələbə qazanıblar.