Bu gün Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olacaq

Bu gün Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olacaq

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası final uğrunda mübarizə aparacaqlar.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər.
 
"Real" (Madrid, İspaniya), "Monako" (Fransa), "Yuventus" (Turin, İtaliya), "Atletiko" (Madrid, İspaniya)
 
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
 
Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.
 
Aktual.az 
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR