Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb.
Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib.
Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb:
"Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”.
Aktual.az
Xəbər 191 dəfə oxunub.