Bu gün Bakı şəhəri Nərimanov və Suraxanı rayonlarında, həmçinin Ağstafa və Qazax rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, diametri 159 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin torpaq altından keçən hissəsində aşkar olunmuş sızmaların ləğvi, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 11-də saat 11:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun F.Yusifov, N.Hacıyev, A.Neymətulla və ətraf ərazilərdə, saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bir hissəsində, saat 09:00-dan 18:00-dək Ağstafa rayonunun bir hissəsində, saat 10:00-dan 16:00 dək isə Qazax rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.