Martın 2-də Bakı şəhərinin Sabunçu, Binəqədi, Xəzər, Səbail və Yasamal, həmçinin Abşeron, Qəbələ və Masallı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Aktual.az xəbər verir ki, bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, 530 millimetr diametrli yeraltı qaz xəttində aşkar olunmuş sızmanın ləğvi, qaz tənzimləyicinin quraşdırılması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələri və Anaşkin adlanan ərazisində, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Xəzər rayonunun Quşçuluq massivi, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun İstiqlaliyyət, Ş.Şamil, M.Hüseyn, T.Elçin, Lermontov küçələrində və Badamdar qəsəbəsində, Yasamal rayonunun B.Səfəroğlu küçəsində və ətraf ərazilərdə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Qəbələ və Masallı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.