Ramazan bayramı münasibətilə paytaxtda fəaliyyət göstərən bəzi ictimai nəqliyyat vasitələri iyulun bu gün sərnişinlərə pulsuz xidmət göstərəcəklər.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, 65 saylı marşrut avtobusunun sürücülərindən biri idarə etdiyi avtobusda bu barədə bildiriş (Ramazan bayramı ilə əlaqədar gediş haqqı pulsuzdur) yapışdırıb. O, bu addımı atmalarını islamın ən müqəddəs bayramı ilə əsaslandırıb.
Bu müqəddəs günlə əlaqədar daha bir xeyirxah addımı isə 13 saylı marşrut avtobusunun sürücüləri atıb. O da iyulun 17-də, günorta və şam namazları vaxtı sərnişinləri öz ünvanlarına pulsuz aparıb. Əsasən, marşrut xətləri məscidlərin yaxınlığından keçən avtobuslarda bu elanlara rast gəlinir.