9 sentyabr tarixi Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.
Aktual.az modern.az-a istinadən bildirir ki, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) hər il 9 sentyabrın Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq, hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir.