“Azərsu” məlumat yaydı.
Noyabrın 11-də gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən bildiriblər
“Azərsu”-dan qeyd edilib ki, yaranmış vəziyyət Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.