Bu gün bakılı oğlan Anarın ad günüdür

Bu gün bakılı oğlan Anarın ad günüdür

Nə etsəm də, mən azərbaycanlıların yaddaşında Anar Məmmədxanov "Parni iz Baku" komandasının kapitanı kimi qalacağam"

Bu gün Anar Məmmədxanovun, "Bakılı oğlanlar" Şən və Hacırcavablar Klubunun (ŞHK) əfsanəvi kapitanının ad günüdür.

Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.

Anar Məmmədxanov "Ultra Production" şirkətini yaratmışdı. Onun məqsədi tarixi mövzuda bədii-sənədli filmlərin çəkilişləri ilə məşğul olmaq idi. Keçmiş deputat bu yaxınlarda bildirmişdi ki, "Ultra Production" artıq 2 film layihəsini  hazırlayıb. Bunlardan biri Azərbaycanda iudaizmin tarixinə, digəri isə Bakının qədim məhəlləsi olan "Kubinka" ilə bağlı olmalyıdı.  

Sonuncu - 2010-cu ilin 7 noyabr seçkilərinə qatılmamağı barədə danışarkən A.Məmmədxanov bildirmişdi ki, 3 dəfə deputat olub və bu kifayətdir. "Namizədliyimi irəli sürmədim. 15 il deputat oldum. Mən məgər Mikoyanam ki, 20 il postda oturum? Mən ömrümün ən yaxşı illərini deputatlığa verdim. Nə qədər toylara getmək olar? Nə qədər nəhəng miqdarda xahişlərə qulaq asmaq olar? Birinə kömək edirəm, 20-nə edə bilmirəm.  "Oğlumu tutublar, buraxdır" kimi xahişlər çox olurdu. Axı mən necə kömək edə bilərdim?"
23 aprel, 2011-ci ildə vəfat edib.
Evli idi, 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR