Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək

Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək.

"Report” xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edəcək. 
Milli Gimnastika Arenasında keçiriləcək turnirin ilk gününə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və yeniyetmələrdən ibarət komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.
Bakıda 4-cü dəfə keçiriləcək Avropa çempionatında Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Veronika Hudis, yeniyetmələrin komanda mübarizəsində Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə və Milana Əkbərovadan ibarət qrup təmsil edəcək.


Yarışın cədvəli


16 may, cümə axşamı
17:00 – 17:30. Açılış mərasimi
17:30 – 18:50. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 halqa)


17 may, cümə
12:00 – 13:50. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (halqa və top)
13:50 – 14:30. Fasilə
14:30 – 16:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (halqa və top)
16:00 – 16:10. Fasilə
16:10 – 18:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (halqa və top)


18 may, şənbə
10:00 – 11:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (gürzlər və lent)
11:30 – 11:40. Fasilə
11:40 – 13:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (gürzlər və lent)
13:30 – 14:30. Fasilə
14:30 – 16:20. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (gürzlər və lent)
16:20 – 16:40. Fasilə
16:40 – 18:00. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 lent)
18:10 – 18:25. Mükafatlandırma mərasimi (komanda hesabı)
18:25 – 18:40. Mükafatlandırma mərasimi (gənclər / qrup hərəkətləri proqramında çoxnövçülük)


19 may, bazar
12:00 – 12:40. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 halqa
12:45 – 13:25. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 lent
13:30 – 13:45. Mükafatlandırma mərasimi
13:45 – 14:30. Fasilə
14:30 – 15:50. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (halqa və top)
15:50 – 16:00. Fasilə
16:00 – 17:05. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (gürzlər və lent)
17:10 – 17:30. Mükafatlandırma mərasimi
17:30 – 17:40. "SmartScoring Shooting Star” mükafatı
17:40 – 18:10. Qala-konsert, bağlanış mərasimi
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR