Uzun zamandır tikintisi gedən “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları bu gün sərnişinlərin ixtiyarına veriləcək.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, açılışı gözlənilən stansiyalar Bakı Metropoliteninin bənövşəyi xətt üzrə ilk iki stansiyasıdır.