Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, dörd çəki dərəcəsində keçiriləcək yarışlarda Azərbaycan bütün çəki dərəcəsində bir pəhləvanla təmsil olunacaq.
57 kq çəkidə Yaşar Əliyev saat 10:35-də döşək üzərinə çıxacaq. Onun rəqibi fransalı Zoheyr El Ouarraqe olacaq. 65 kq mübarizə aparan Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla üz-üzə gələcək. Pəhləvanlar saat 10:14-də yarışacaqlar.
Azərbaycanın digər təmsilçisi Cəbrayıl Həsənov saat 11:10-da mübarizəyə qoşulacaq. 74 kq-da güləşən C.Həsənov macarıstanlı Mihaly Naqiyə üstün gəlməyə çalışacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək Xetaq Qazımovun rəqibi isə polşalı Radoslav Barandır. Bu cütlüyün güclüsü saat 10:21-də başlayacaq mübarizədə məlum olacaq.
Qeyd edək ki, kişilər arasında sərbəst güləş yarışı 2 gün davam edəcək.
Aktual.az