Bu gün Azərbaycan və Gürcüstanda voleybol üzrə Avropa çempionatının yarımfinal oyunları keçiriləcək.
Aktual.az "Trend”ə istinadən xəbər verir ki, Azərbaycan millisi Niderland komandası ilə qarşılaşacaq.
Ötən gün komandamızın lideri Valeriya Məmmədova bildirib ki, əsas məqsəd qızıl medal qazanmaqdır: "Ona görə, biz finala cıxmalıyıq".
Xatırladaq ki, bu qarşılaşma saat 18:00-da olacaq.
Qeyd edək ki, digər yarımfinal oyunu isə Gürcüstanda Serbiya ilə Türkiyə arasında olacaq. Bu qarşılaşma isə saat 20:30-da başlayacaq.
Aktual.az
Xəbər 529 dəfə oxunub.