Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulacaq.
Milanda keçiriləcək həlledici qarşılaşmada İspaniyanın 2 klubu - "Real" və "Atletiko" üz-üzə gələcək. "San Siro"da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.
Rəqibinə nisbətən Çempionlar Liqası təcrübəsi daha çox olan "Real" həlledici qarşılaşmanın favoriti hesab olunur. "Kral klubu" bu vaxta qədər 10 dəfə bu turnirin qalibi olub ki, bu da rekord göstəricidir.
Komandaların heyətində ciddi itki yoxdu. "Real"ın lideri Kriştianu Ronaldo mayın 24-də zədələnərək, məşqi yarımçıq tərk etsə də, tibbi müayinədən sonra zədənin ciddi olmadığı üzə çıxmış və portuqaliyalı dünəndən etibarən yenidən kollektivə qoşulmuşdu.
Bu isə o deməkdi ki, Ronaldo həlledici qarşılaşmada komandasına kömək edə biləcək. "Atletiko"da isə yalnız Xesus Qames zədəlidi.
Çempionlar Liqası
Final
28 may
22:45. "Real" (Madrid, İspaniya) - "Atletiko" (İspaniya)
Baş hakim: Mark Klattenburq
Milan. "San Siro" stadionu