Bu gün ATƏT XİN Şurasının 22-ci toplantısı keçiriləcək - Belqradda

Bu gün ATƏT XİN Şurasının 22-ci toplantısı keçiriləcək   - Belqradda
  • DÜNYA

Bu gün Serbiyanın paytaxtı Belqradda ATƏT regionundan 40 ölkənin xarici işlər naziri və yüksək səviyyəli diplomatların iştirakı ilə Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, şurada Serbiyanın sədrliyi qiymətləndiriləcək. Toplantıda Ukraynadakı vəziyyət, miqrasiya, terrorizm problemləri müzakirə ediləcək.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəedici orqanıdır. Hər il keçirilən toplantılarda ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri, tərəfdaş ölkələrdən və bir neçə beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərinin iştirakı ilə təşkilatın ötən il ərzində fəaliyyəti nəzərdən keçirilir və təhlükəsizlik məsələləri üzrə təkliflər təqdim edilir.

2016-cı ilin yanvarın 1-dən Şuraya sədrlik Almaniyaya keçəcək.

Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR