Bu gün AST Telmanın məhkəməsidir

Bu gün AST Telmanın məhkəməsidir

Telman İsmayılovu məhkəmə gözləyir.

Aktual.az anspress-ə istinadən xəbər verir ki, bu gün məhkəmə Moskva Bankının Telman İsmayılovun firmasına qarşı qaldırdığı iddiasına baxacaq. Eyni zamanda, Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib.

Moskvanın arbitraj məhkəməsi bu gün Moskva Bankının iddiası üzrə ilkin dinləmələr keçirəcək. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi "AST" şirkətlər qrupundan Moskva Bankının 213 milyon dolların geri alınmasından gedir.

İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Əsas tələblər açıqlanmır. 

Üçüncü tərəf kimi dinləməyə Britaniyanın Virciniya adalarında qeydiyyatda olan "Ruslan 2000" MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib. 

Məlumatlara görə, Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir. 

 
Xəbər 803 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR