Bu futbolçuya Azərbaycandan çıxmaq qadağan olundu

Bu futbolçuya Azərbaycandan çıxmaq qadağan olundu
  • İDMAN

"Kəpəz"in sabiq futbolçusu Dario Frederiko məhkəməyə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmədə futbolçu barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcunun ödənilməsi tələbi qaldırılıb. Borca görə Braziliyalı oyunçunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Frederikonun hazırda idarəyə 3706 manat 58 qəpik vergi borcu var. Braziliyalı futbolçunun məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
 
"Sambaçı" 2017-2018-ci illərdə "Kəpəz"də, 2018-2020-ci illərdə müxtəlif vaxtlarda "Neftçi"də forma geyinib. Futbolçunun son klubu Tanzaniyada "Singida Yunayted" olub.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR