"Bu il Azərbaycanın hansı ərazilərində və çaylarında sel təhlükəsi olacağı artıq məlumdur".
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA Coğrafiya İnstitutun direktoru Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın sel təhlükəsi olan ərazilər və çayları haqqında məlumatların toplandığı baza yoxdur: "Bu məlumatları bir yerə yığaraq nizamlamaq lazımdır".
Direktor bildirib ki, Azərbaycanda bu il üçün sel təhlükəsi olan çaylar əsasən Böyük Qafqazın cənub yamacının çaylarıdır: "Bu il Kiş, Girdiman, Kürmük və digər çaylarda sel təhlükəsi var. Kiçik Qafqazda da bəzi çaylar - Şəmkir, Ağstafa çayları, eləcə də cənub bölgəsində, Lənkəran-Talış zonasında olan çaylarda da sel təhlükəsi var, amma həmin çaylarla bağlı vəziyyət elə də pis deyil".