Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mənfi xəbərlərdə, Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlərdə liderdir…
Televiziya kanallarında haqqında ən çox xəbər göstərilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi…
Qəzet və jurnallarda haqqında ən çox yazı dərc olunan Dövlət Statistika Komitəsi…
Sayt və portallarda haqqında ən çox məlumat yayımlanan Dövlət Statistika Komitəsi…
Radio kanallarında haqqında ən çox danışılan Dövlət Gömrük Komitəsi olub.
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 8544 xəbər yerləşdirilib. Bunlardan 259-u mənfi, 698-i müsbət və 7587-si isə neytral xəbərlərdir.
Mənfi xəbərlər arasında liderlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (85 xəbər – komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (75 xəbər – komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.).
Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (690 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dövlət Statistika Komitəsinə (8 xəbər – komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1226 xəbər dərc edilib. Bu xəbərlərdən 1146-sı neytral, 68-i müsbət, 12-si isə mənfi xəbərlərdir.
Mənfi xəbərlər arasında liderlər:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (5 xəbər – komitədə ciddi nöqsanlan aşkarlanması, korrupsiya və s.), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (3 xəbər – komitə sədri haqqında olan iddialar, ləğv edilməsi iddiası).
Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (65 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dövlət Statistika Komitəsinə (3 xəbər – komitənin əməkdaşlarının təltif olunması) məxsusdur.
Xəbər sayına görə sıralama:
İyul ayında televiziya kanallarındakomitələr haqqında 332 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 28 xəbər verilib.
Xəbər sayına görə sıralama:
Əlaqə:+994 12 409 90 09
Ünvan:
Bakı şəhəri, Nərimanov rayonu,
Əhməd Rəcəbli, 25E,
Duru Plaza, AZ1075