Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.
Federasiya rəsmisi bildirib ki, yarışın 2024-cü ilin sentyabrında təşkili planlaşdırılır:
"İştirakçı komanda sayının daha çox olmasına çalışırıq. Çövkən bizim üçün qədim, ənənəvi idman növü olsa da, bir çox ölkə üçün yenidir. İlk mərhələdə bu idman növünü tanıtmalı, ətrafımıza mümkün qədər çox komanda toplamalıyıq”.
Qeyd edək ki, çövkən üzrə I dünya çempionatı noyabrın 5-8-i aralığında 6 komandanın iştirakı ilə Binə Atçılıq Mərkəzində təşkil olunub. Yarışda keçirdiyi hər üç görüşdə qələbə qazanan Azərbaycan millisi dünya çempionatının qalibi olub.
Xəbər 267 dəfə oxunub.