Bu dəfə hesabı biz ödəməyəcəyik

Bu dəfə hesabı biz ödəməyəcəyik
  • İDMAN

Azərbaycanda keçiriləcək Formula-1 yarışında dünyada tanınan nüfuzlu mətbuat nümayəndələri şəhərimizin qonaqları olacaq.

Aktual.az-ın məlumatına görə, Bakıda “Formula-1” yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin milli mətbuat katibi və marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai ans press-ə bildirib ki, bu dəfə Avropa oyunlarında olduğu kimi xarici jurnalistlərin hesabları ödənilməyəcək.

Nigar Arpadarainin sözlərinə görə, jurnalistlər şəhərin istənilən otellərində qala bilərlər. Lakin mərkəzdən buna pul ayrılmayacaq:

“Avropa oyunları zamanı jurnalistlər Olimpiya kəndində qalırdılar. İndi isə elə olmayacaq. Jurnalistlər özlərinə uyğun olan otellərdə qalacaq. Biz onları mərkəzləşdirilmiş surətdə yerləşdirmirik və hətta onların pulunu da ödəmirik. Jurnalistlər özləri ödəyib, Bakıya gələcəklər. Xarici jurnalistlər indidən artıq Bakıdakı otellərlə maraqlanırlar. Biz onlara ancaq hansı otelin uyğun olmasını və trasa yaxınlığını məsləhət verə bilərik”.

Nigar Arpadarai qeyd edib ki, jurnalistlər akkreditasiya keçmək üçün müəyyən prosedurdan keçməlidirlər:

“Müəyyən kriteriyalar var ki, nəzərə alınır. Məsələn jurnalların, portalların il boyunca Formula 1 ilə bağlı repotajlarına, məqalələrinə baxılır. Akkreditasiya prosesində bəzi mətbu orqanların jurnalistlərinə avtomatik olaraq icazə veriləcək. Onlar Formula 1 yarışmasını daimi işıqlandırdıqları üçün daimi akkreditasiyasıları var. Digərləri isə müraciət etməlidirlər”.

N.Arpadarai bildirib ki, Azərbaycanda akkreditasiya almaq üçün mart ayından prosedurlar başlanacaq. Yerli jurnalistlər də artıq akkreditasiya almaq üçün müraciət edə bilərlər.

Bir müddət əvvəl dünyada məşhur Sky Sports adlı idman telekanalının Formula 1 yarışı üzrə çəkiliş komandası Bakıda reportaj hazırlayıb. Bakıya səfər edən Sky Sports heyətinə Formula 1 Paddok Klubunun məşhur aparıcılarından olan və “Tedin Gündəliyi” verilişi ilə tanınan Ted Kravitz rəhbərlik edib.

Çəkilişlərinə hava limanına enər-enməz başlayan qonaqlar oradan Bakının rəmzi olan Alov Qüllələrinə gəliblər. Daha sonra çəkiliş qrupu buradan ardıcıllıqla fəvvarələr meydanı, Bayraq Meydanı və 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalına səfər edərək həmin yerlərdə maraqlı məqamları lentə alıblar.

Əlavə edək ki, Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrılıb. Bu barədə ötən ilin dekabr ayında Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov azərbaycanlılar üçün bilet qiymətində 40 faiz endirim ediləcəyini deyib. Bilətlərin qiyməti 19 manatdan başlayır. Ən bahalı bilet isə 620 manatdır.

2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2015-ci ildə keçirilməsi nəzərdə tutulub.

Aktual.az

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR