Türkiyənin Manisa bölgəsində yerləşən çayxanalardan birinin sahibi müştərilərinə qəribə qadağa qoyub.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çayxana sahibi iş yerinin qapısına “Qətiyyən siyasi söhbətlər etməyin” yazıb. 52 yaşlı sahibkar atdığı addımın səbəbini belə izah edib: “Siyasi söhbət edənlər arasında mübahisə yaranır. Rahatlığımız pozulur.ş Belə olduqda digər müştərilərim çayxananı tərk edir. Müştəri itirirəm. Buna görə də iş yerimdə siyasətdən danışılmasını istəmirəm”