Bu bölgələrdə əhali köçürülə bilər - sürüşmə aktivləşir - Video

Bu bölgələrdə əhali köçürülə bilər  - sürüşmə aktivləşir   -  Video

Ölkə ərazisindəki bəzi sürüşmə zonalarında aktivlik müşahidə olunur. Ötən ayın təhlilləri bunu deməyə əsas verir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib.

Sürüşmə zonalarında olan çatlar yağış suları ilə dolur və nəticədə çatlar genişlənir. Qeyri sabit hava şəraiti bəzi yerlərdə sürüşmə prosesini sürətləndirib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin iyul ayı üçün təhlilləri göstərir ki, paytaxtın Zığ və Masazır qəsəbələrindəki sürüşmə bölgələrində aktivlik müşahidə olunur. Bu sahələrdə olan çatlar 1 santimetrədək genişlənib. Bölgələrdə isə yeni sürüşmə zonası qeydə alınıb. 

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev: "İsmayıllının Basqal yolu üzərində yeni sürüşmə ocağı qeydə alınmışdır. Orada sürüşmə uzunluğu 1 kilometrə çatıb".

Sürüşmənin aktivləşdiyi digər bölgələr isə Şamaxı,Talış zonası, Muğanlı-İsmayıllı, Bakı-Ağsu və Bakı-Şamaxı yolunun keçdiyi ərazilərdir. Sürüşmə nəticəsində yolların bəzi hissələri sökülsə də, sonradan bu problem artıq aradan qaldırılıb, təhlükəsizlik tədbirləri görülür. 

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev: "Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində yolun bir hissəsində istinad divarı qurulub. Zığda da əhalinin təhlükəsizliyi üçün müəyyən evlərdən köçürülmə olub. Basqal yolunda baş verən sürüşmə zamanı 7 evə ziyan dəyib, o evlərdə yaşayanlar təhlükəsiz əraziyə köçürülüb". 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirirlər ki, sürüşmənin aktiv olduğu yerlərdə vəziyyət kritik həddə çatarsa, burada yaşayan insanlar köçürüləcək.//Region TV


Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR