Bu bankın gəlir və mənfəəti kəskin azaldı

Bu bankın gəlir və mənfəəti kəskin azaldı

Bank VTB Azərbaycan ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 89 milyon 351 min manat olub.
Aktual.az xəbər verir ki, bu barədə Valyuta.az məlumat yayıb.
Belə ki, "Bank VTB Azərbaycan” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 2022-ci il ilə müqayisədə 5 milyon 500 min manat, yaxud da 5,7% azalıb.
2023-cü ildə fiziki şəxslərin depozitləri 65 milyon 305 min manat olub, bu isə illik müqayisədə 1 milyon 512 min manat, yaxud 2,3% çoxdur.
Hesabat dövründə hüquqi şəxslərin depozitləri 24 milyon 045 min manat olub, bu isə 2022-ci illə müqayisədə 7 milyon 013, yaxud 22,5% azdır.
Xatırladaq ki, "Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 296 min manat, yaxud da 10,9% azdır.
"Bank VTB Azərbaycan” gəlirləri 2023-cü ildə 34 milyon 972 min manat təşkil edib, bu, 2022-ci illə müqayisədə 4 milyon 258 min manat (10,9%) azdır.
Bu il yanvarın 1-nə "Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Xəbər 749 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR