Bu, Bakının İsraildə səfirlik açmasına cavabdır

Bu, Bakının İsraildə səfirlik açmasına cavabdır

Azərbaycanın İrandakı səfirliyinə qarşı rüsvayçı hücuma son günlər baş verən hadisələr kontekstində baxmaq lazımdır. Bu terror İsrail səfirlərinin Bakıdakı görüşü və Azərbaycanın İsrailə səfir təyin etməsinə cavab ola bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Xazarskiy Vestnik” məlumat yayıb.
"Terror aktının məqsədi rəsmi Bakıya Azərbaycanın Təl-Əvivdəki səfirliyini faktiki olaraq açmaqdan çəkinməsi ilə bağlı "xəbərdarlıq etmək” olduğu istisna deyil. Tarix də, deyəsən, təsadüfi seçilməyib - Holokost Anma Günü. Bütün bunların arxasında duranlar bilməlidirlər ki, bu cür addımlarla onlar yalnız Azərbaycanla İsrail arasında əməkdaşlığı gücləndirirlər”, - məlumatda deyilir.
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR