Ermənistan hökumətinin nümayəndələri Bakı ilə birbaşa danışıqlar aparmaq istəklərini dəfələrlə bəyan ediblər. Azərbaycanla danışıqlarda üçüncü ölkənin iştirakı risklər ehtiva edir.
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
"Əgər imkan varsa, suveren ölkəyiksə və Azərbaycanla danışıqlar aparmaq şansımız varsa, o zaman bunu vasitəçisiz etməliyik. Üçüncü ölkələrin arbitrlik rolunda iştirak etməsi maraqların toqquşması riski daşıyır”, - o əlavə edib.
Xəbər 278 dəfə oxunub.