​Bu ayda iş vaxtı norması azalacaq

​Bu ayda iş vaxtı norması azalacaq

Azərbaycanda 2026-cı ilin may ayında iş vaxtı norması azalacaq.
Aktual.az Metbuat.az-a istinadən xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir.
Qeyd edək ki, may ayında qeyri-iş günlərinə 9 May – Faşizm üzərində Qələbə Günü, 27–28 May – Qurban bayramı və 28 May – Müstəqillik Günü daxildir.
Bundan əlavə, 9 May şənbə gününə təsadüf etdiyindən 11 May da qeyri-iş günü hesab olunacaq. Həmçinin bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar 29 May tarixi də qeyri-iş günü olacaq.
Beləliklə, may ayında ölkədə ümumilikdə qeyri-iş günlərinin çoxluğu iş vaxtı normasının azalmasına səbəb olacaq.
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR