Bu avtobuslar elektron ödəmə sisteminə keçəcək

Bu avtobuslar elektron ödəmə sisteminə keçəcək

“Xaliq Faiq oğlu” MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən “BakıKart” elektron ödəmə sisteminə keçəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, həmin tarixdən bu avtobuslarda nağd ödəniş qəbul olunmayacaq. Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq “BakıKart” və “Milliön” terminalları quraşdırılıb.

Qeyd edək ki, yaxın gələcəkdə şirkətin istismarında olan bütün xətlər üzrə avtobuslar elektron ödəniş sisteminə keçəcək. 

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR