Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
"2023-cü ilin noyabrından etibarən iki ölkə vətəndaşları bir-birinin ərazisinə vizasız səyahət imkanı əldə ediblər. Birbaşa aviareyslərin açılması əlaqələri genişləndirə bilər. Aidiyyəti qurumlarla danışıqlar bu sahədə davam edir. Yaxın zamanda nəticələrin şahidi olacağıq”, - o qeyd edib.
Xəbər 157 dəfə oxunub.