Bu, antiazərbaycan missiyasıdır - Zaxarova

Bu, antiazərbaycan missiyasıdır - Zaxarova

Rusiya dəfələrlə Avropa Birliyinin (AB) Ermənistanda hərbiləşdirilmiş mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Sübutlar göz qabağındadır. Bu missiyanın antirusiya, antiazərbaycan və antiiran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub”, - Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, AB-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:
"Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür”.
Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR