“Bu adam şizofren və manyakdır...” – Millət vəkilindən sillə kimi sözlər!!!

“Bu adam şizofren və manyakdır...” – Millət vəkilindən sillə kimi sözlər!!!

Əli Kərimli adında qaraguruhbaşı, "qolçomaq” öz "facebook” səhifəsində status paylaşıb ki, demə bəs, Praqada keçirilən Forumda bunun video - müraciəti (çıxışı) yayınlanarkən Çexiyanın indiki və Gürcüstanın keçmiş Prezidenti də zalda əyləşibmiş.
Həmin tədbirdə iştirak edən "ReAL” Partiyasının sədri Natiq Cəfərli isə dərhal bu qeydləri təkzibləyib, Əli Kərimlinin paylaşdığı statusdakı şəklin "feyk”, montaj olduğunu tutarlı faktlarla sübuta yetirib və beləcə AXCP sədrini ifşa edib.    
Saxtakar gədə! 
Adama deyərlər ki, bax, nə ehtiyac vardı da buna? Nə lüzum vardı axı, belə ucuz oyunlara? Niyə sakitləşmirsən? Niyə uşaq variantları edirsən? Niyə özünü addımbaaddım daha da ucuzlaşdırırsan, urvatsızlaşdırırsan, rəzilləşdirirsən? 
İndi də...paxırının üstü açılıb deyə, lap aqressivləşib və bütün arsenalını Natiq Cəfərlinin üzərinə yönəldib, onu hədəfə alıb. Hərgah, bu boyda enerji sərf edənə qədər, sadəcə deyilənlərin əksini göstərmək, ortalığa sübut qoymaq lazım idi. Ki, elə deyil, belədir!
Sübut isə yoxdur və belə olan halda güc - sadəcə Cəfərlini söydürməyə, təhqir elətdirməyə çatır!
Ətrafındakı yarımçıqların, lələkli qıbçaqların, hələ də "fen”in və saç lakının kəşfindən xəbərsiz olan Səadət Cahangir kimi vızırbaşların vasitəsilə! 
Hətta "yarımçıq” çox dedim, 0,25 - lərin vasitəsilə!
***
Şizofrendir bu, ya deyil?! - Şizofrendir. Vallah - billah, şizofrendir.
Manyakdır bu, ya deyil? Manyakdır. Vallah - billah manyakdır. Özü də zırından!
Çünki, 61 yaşında adam - üstəlik, böyük iddiaları və ambisiyaları olan adam - əgər daha da müdrikləşmək, sanballaşmaq, olğunlaşmaq əvəzinə fotoşopda oturub gic-gic maxinasiyalar üzərində baş sındırırsa, hansısa ölkənin Prezidentinin rəsmini öz rəsminin yanına pərçimləməklə komplekslərindən, "travma”larından azad olacağını, uzaqlaşacağını düşünürsə, ən yaxşı, ən maksimum halda 6 yaşında uşağın ağlına gələ biləcək ideyalarla, metodlarla ortalıqda var-gəl etməkdən utanmırsa, axmaq kimi görünməkdən ləzzət alırsa, günbəgün azğınlaşırsa, quzğunlaşırsa, quduzlaşırsa – demək ki, gerçəkdən şizofren və manyakdır!

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.  

Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR