Nəql etmənin 80%-i bu neft kəmərinin payına düşüb.
Bu ilin yanvar-fevral ayları ərzində magistral neft kəmərləri ilə 7 milyon 251,7 min ton neft nəql edilib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu il üçün hazırladığı statistik məlumatda qeyd edilib.
“Nəqletmənin 80%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 milyon 800,9 min ton neft ötürülüb”, - deyə DSK-dan qeyd edilib.
Komitədən bildirilib ki, dövr ərzində BTC kəməri ilə 0,8 min ton tranzit nefti də nəql edilib.