BSU-nun yeni rektoru müəllimlərin geyimindən narazıdır

BSU-nun yeni rektoru müəllimlərin geyimindən narazıdır

“Bakı Slavyan Universitetində (BSU) ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq”.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə universitetə yeni təyin olunmuş rektor Nurlana Əliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, BSU-da müəllim və şagirdlərin geyimi ilə bağlı ciddi tələblərin qoyulması düzgün deyil:

“Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu, müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlərlə diqqəti cəlb etməməlidir.

Özünün səliqə-səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi korporativ geyim olmalıdır. Tələbənin geyimi isə öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır”.

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR