Belçika polisi martın 22-də Brüsselin hava limanı və metrosunda baş verən terror aktlarının bilavasitə iştirakçılarını saxlayıb.
APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər verib.
Bildirilir ki, nəzarət kameralarının görüntülərinə əsasən terrorçu-kamikadzelərin yanında məhz bu şəxslər olub.
Əməliyyatın təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün Brüsseldəki terror aktlarını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Abrini saxlanılıb.