Brüsseldə terror törədənlərin kimliyi bilindi

Brüsseldə terror törədənlərin kimliyi bilindi

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını törədənlərin Belçika vətəndaşları olan Bakraui qardaşları olduğu deyilir.


Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR