Brüsseldə polis qüvvələri çərşəndə axşamı hava limanı və metroda baş verən terror aktlarından sonra 6 nəfəri həbs edib.
Aktual.az-ın məlumatına görə, report bu barədə "The Guardian"a istinadən xəbər verir.
Prokurorların sübutu hücumların noyabrda Parisdə qırğın törədən İslam Dövləti şəbəkəsi tərəfindən həyata keçirildiyi yöndədir və iki şübhəlinin hələ də qaçdığına inanılır. Cümə axşamı polis Brüssel ətrafında bir neçə reyd keçirib.
Dövlət yayımçısı olan RTBF-nin polisdəki mənbələrə istinadən verdiyi xəbərə görə, 31 nəfərin ölümü və 300-dən çox şəxsin yaralanmasında iştirak etməkdə şübhəli bilinənləri hədəf alan və axşam saat 9:00-dan sonra başlayan əməliyyata xüsusi silahlı komanda, zirehli maşınlar və helipokter cəlb olunub.
Federal prokurorlar Brüsselin mərkəzində saxlanılnış 3 nəfər də daxil olmaqla, şəxsiyyəti müəyyənləşdirilməmiş 6 nəfərin həbs olunduğunu təsdiq edib.
Digər iki şəxs Belçikanın paytaxtında və bir şəxs isə şəhərin kənarında yerləşən Jetdə həbs olunub.