"British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.
Aktual.az bildirir ki, bu barədə report-a Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.
"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.
Aktual.az
Xəbər 366 dəfə oxunub.