Britaniyalı nazir: "Putini "oxumaq" mümkün deyil"

Britaniyalı nazir:
  • DÜNYA

"Putini "oxumaq" mümkün olmadığından rəsmi Kremlin Əsədə dair mövqeyini öyrənmək çətindir".

Aktual.az Aznews.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond söyləyib.

"Putini əvvəl müdafiə naziri, indi isə xarici işlər naziri kimi izləyərkən başa düşdüm ki, nə qədər uzun müddət izləməyinizdən asılı olmayaraq, heç nə görə bilməyəcəyik - o tamamilə keçilməzdir. Rəsmi Kremlin strategiyasının necə olduğu barədə heç bir anlayışımız yoxdur, bilmirik", - deyə Hammond qeyd edib.

Hammond həmçinin bildirib ki, rəsmi Kremlin Əsədə yardım vermək məsələsində mövqeyinin dəyişib-dəyişmədiyini müəyyən etmək çətindir. Çünki Putini "oxumaq" mümkün deyil.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR